Bakıda qadın boğazını ülgüclə kəsib
Dekabrın 9-dan 10-na keçən gecə Bakıda dəhşətli intihar hadisəsi olub. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Molla Cümə küçəsi, ev 14 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Solmaz Aslanova ülgüclə damarlarını doğrayıb. O, boğaz nahiyəsindən özünü bir neçə yerdən yaralayıb. Nəticədə damarları kəsilən qadın kəskin qan itirmədən hadisə yerində keçinib.
45 yaşlı qadının özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
45 yaşlı qadının özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
472