Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanılanların işi məhkəməyə göndərilib
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin inzibati binası nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ünvanda yerləşir və belə bir yerdə hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir: “İctimai asayişin pozulmasına yönələn belə bir tədbirin keçirilməzi arzu olunmazdır. Bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Qanunsuz aksiyaya cəhdin qarşısı dərhal Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən alınıb. Polis əməkdaşlarının apardığı profilaktiki söhbətlərdən sonra aksiya iştirakçıları dağılıb”.
E. Zahidov, həmçinin bir qrup aksiya iştirakçısının polisə müqavimət göstərdiyini qeyd edib: “Onların bəziləri polisin qanuni tələblərinə məhəl qoymadan müqavimət göstəriblər. Həmin şəxslərdən on altı nəfər polis bölməsinə gətirilib. Onlardan beşi xəbərdarlıq edilərək sərbəst buraxılıb. On bir nəfərin barəsində isə toplanmış materiallar barələrində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib”.
Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” şüarı ilə aksiyaya cəhd göstərilib. APA-nın xəbərinə görə, aksiyada Bakı və Azərbaycanın rayonlarından olan orta məktəb şagirdlərinin və onların valideynlərinin də iştirak etdiyi bildirilib. Aksiya iştirakçıları keçmiş “Qarabağ” mehmanxanasının qarşından Təhsil Nazirliyinin binasına kimi yürüş ediblər. Aksiyada “Hicaba azadlıq!”, “Allahu-Əkbər!” şüarları səsləndirilib. İştirakçılar Təhsil Nazirliyinin rəhbərliyi ilə görüşmək tələbini irəli sürüblər. Aksiyaçılar Təhsil Nazirliyinin qarşısından keçən yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

583