Qonşu qadını soyan şəxs intihara cəhd edib
10 dekabr 2010 14:21 (UTC +04:00)

Qonşu qadını soyan şəxs intihara cəhd edib

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 8-də Asim İbrahimov adlı şəxs öz qonşusu Elmira Məhərrəmovanın evinə girib. O, gecə saatlarında pəncərədən qonşu qadının evinə soxulub. Daha sonra E.Məhərrəmovanı bıçaqla hədələyən A.İbrahimov ondan 150 manat pul alaraq qaçıb.

Bu haqda məlumat daxil olandan sonra Bərdə Polis İdarəsinin əməkdaşları A.İbrahimovu yaxalamaq üçün əməliyyat keçirib. Vəziyyətin gərginləşdiyini və tutulacağını görən A.İbrahimov yaşadığı evdə sirkə turşusu içərək özünü öldürməyə cəhd edib. Lakin polis nəfərləri onun arzusunu gözündə qoyub və qonşu qadına qarşı quldurluq etmiş şəxs xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar