Təhsil Nazirliyi qarşısında asayiş bərpa olundu
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Təhsil Nazirliyi istiqamətində yollardan gediş-gəliş bərpa edilib. Artıq əraziyə cəlb olunmuş polis əməkdaşları buranı tərk edirlər.
Lent.az-ın əməkdaşının əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin rəhbərliyi təhsil müəssisələrində hicaba qadağa qoyulmasına etiraz edən aksiya iştirakçılarından bir neçə nəfəri qəbul edib. Aksiya iştirakçılarına bildirilib ki, hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır.
Elxan Salahov

514