Bakıda 44 yaşlı qadın özünü yandırdı
10 dekabr 2010 09:49 (UTC +04:00)

Bakıda 44 yaşlı qadın özünü yandırdı

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qızıldaş qəsəbə sakini, 1966-cı il təvəllüdlü Şəfayət İbrahimova özünü yandırıb. O, üzərinə benzin tökərək özünə od vurub.

Yaxınlıqdakı insanlar alovu söndürməyə nail olublar. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər ciddi yanıq xəsarətləri almış 44 yaşlı qadının vəziyyətinin ağır olduğunu bildirirlər.

Ş.İbrahimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı aidiyyatı orqanlarda araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar