“Ekstazi işi”ndə tutulan sabiq prokuror oğlu həbsdən çıxdı
Bu barədə APA-ya təqsirləndirilən şəxsin yaxınları məlumat veriblər.
Məlumata görə, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu olan Mahir Mirsalamlı bir ay əvvəl saxlanıldığı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən evə buraxılıb. Ona məcburi ambulator müalicə təyin edilib.
Təqsirləndirilən şəxsin vəkili Nərminə Məmmədova APA-ya aşıqlamasında Mahir Mirsalamlının ambulator müalicəyə cəlb edildiyini təsdiqləyib. Lakin o, bu barədə əlavə açıqlama verməyib.
Qeyd edək ki, “Ekstazi işi” üzrə 14 nəfərdən ibarət dəstə 2008-ci ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. Onlardan külli miqdarda narkotik vasitə olan “ekstazi” aşkarlanıb. Tutulan dəstə üzvlərinin arasında xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamlı, Yalçın Həsənov da olub. Dəstə üzvləri Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 aprel 2009-cu il tarixli hökmüylə Yalçın Həsənov 8 il, Ruslan Zalıyev 2 il, Ruslan Rüstəmov 7 il 3 ay, Əli İsmayılov 7 il 6 ay, Zubiyə Qulami 6 il, Vüqar Əliyev 2 il, Cavidan Əliyev 2 il, Həsən Həsənov 7 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə görə, digər təqsirləndirilənlər Orxan Nadirov 11 ay, Ramin Həsənov 10 ay, Kəmalə Eyvazova 10 ay, Elşən Budaqov 10 ay, Mirəli Əliyev 10 ay müddətinə azadlıqdan məhrum edilsələr də, cəzalarının müddəti başa çatdığına görə, məhkəmə zalından azadlığa buraxılıblar.
Hökm yalnız təqsirləndirilənlərdən Mahir Mirsalamlıya şamil edilməyib. Məhkəmə onun xəstəliyi ilə əlaqədar barəsində başlanan cinayət işinin sağalanadək dayandırılması barədə qərar verib. Məhkəmə qərarından sonra o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində məcburi müalicə cəlb edilib.

1269