Qazaxda tükürpədici intihar
Dekabrın 9-da gecə saatlarında Qazax rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qazax şəhəri Azadlıq küçəsi 98 ünvanında pasport qeydiyyatında olan 1956-cı il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu özünü öldürüb.
O, saat 02 radələrində rayonun Təzə Məhəllə adlanan ərazisində, Ağstafaçayın sağ sahilinə gələrək qoşalülə tüfənglə başından atəş açıb. 54 yaşlı kişi tüfəngin lüləsinin çənəsinin alt nahiyəsinə dirəyərək atəş açıb. Nəticədə N.Məmmədov hadisə yerindəcə keçinib.
Qeyd edək ki, intihar etmiş şəxs bir müddət öncə ailəsindən ayrılıb. O, atası ilə birgə yaşayırmış və fermer təsərrüfatı ilə məşğul olub.
N.Məmmədovun intihar etmə səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Nizam Rza

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB
21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı
20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA
20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB
20 iyul 2025 , 21:00
Ağstafada kran aşdı, 3 nəfər...
20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB
20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü
20 iyul 2025 , 19:16