Üç günlük nəvəsini öldürən nənəyə 10 il həbs
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 3 günlük nəvəsini qətlə yetirməkdə təqsirləndirilən Lənkəran rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1959-cu il təvəllüdlü Münəvvər Süleyman qızı Rəsulovaya hökm oxunub. Hökmə əsasən, M. Rəsulova 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2010-cu il yanvarın 28-də Lənkəran rayonu, Siyavar kənd sakini Münəvvər Rəsulova birgə yaşadığı qızı, 1984-cü il təvəllüdlü Xəyalə Vidadi qızı Rəsulova ilə mübahisə zəminində onun yeni doğulmuş üç günlük körpəsini yerə çırparaq öldürüb. Baş nahiyəsindən ciddi zədə alan uşaq yerindəcə dünyasını dəyişib. M. Rəsulova ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində uşağın qızının bir müddət əvvəl boşandığı ərindən deyil, başqa kişidən olduğunu əsas gətirərək öldürdüyünü bildirib.
Qeyd edək ki, M. Rəsulova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

526