Dələduzluqda təqsirləndirilən qadın intihar etdi
Ağdaş rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədova Xalidə Şahid qızı dekabrın 7-də saat 18:00 radələrində yaşadığı evdə özünü dərmanla zəhərləyərək öldürüb.
Məlumata görə, mərhum dələduzluqda təqsirləndirilib. Son zamanlar Polis Şöbəsi və Prokurorluq tərəfindən aldatma yolu ilə 100 min manatdan artıq pul və qızıl əşyaları mənimsəməkdə təqsirləndirilən Xalidə Məmmədovanın əməllərini araşdırıb. Araşdırmalar zamanı Ağdaş Mərkəzi rayon Kitabxanasının işçisi olan Xalidə Məmmədovanın çoxsaylı şəxslərə küllü miqdarda borcunun olduğu aşkarlanıb. Məlumata görə, X.Məmmədova əvvəllər də özünü öldürməyə cəhd edib. Hazırda onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon Şöbəsində müayinə edilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

536