Azərbaycanda dəhşətli cinayətin üstü açılıb
Azərbaycanda ölmüş heyvanların ətindən yeyinti məhsullarının hazırlanması faktı aşkarlanıb. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, aidiyyəti dövlət orqanları tərəfindən keyfiyyətsiz məhsul istehsal edən və satışını təşkil edən fiziki və hüquqi şəxslərin aşkarlanması və belə məhsulların realizəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Belə ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzaxanov Mirzə Ehtiqat oğluna məxsus obyektdə ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.
Yoxlama zamanı obyektin soyuducusundakı 1847 kiloqram və satış yerində olan 609 kiloqram mal ətinə orqonoleptik baxış keçirilərkən qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar həmin məhsulların yararlılığının müəyyən edilməsi məqsədilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aparılmış bakterioloji müayinə ilə satış yerindən götürülmüş nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb, eyni zamanda soyuducu və satış yerindən götürülmüş bütün nümunələrin qida üçün yararsız olması, həmçinin ətin xəstə və ya öləndən sonra kəsilmiş mal əti olduğu müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Aparılmış araşdırma zamanı toplanmış materiallarda külli miqdarda ziyan vurmaqla istehlakçıların aldadılması və fiziki şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin əlamətləri müəyyən edildiyindən, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar yazılar

Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...
2 may 2025 , 23:44
70 yaşlı qadın sirkə turşusu içib öldü
2 may 2025 , 22:34
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb
2 may 2025 , 22:23
Davit İşxanyanın və qardaşının Qaradağlıda azərbaycanlı əhalini öldürülməsində iştirakı təsdiqləndi
2 may 2025 , 21:50
Bakının mərkəzində küçədən naməlum meyit tapıldı
2 may 2025 , 19:33
Bir ailənin 3 üzvü qazdan boğulub öldü
2 may 2025 , 18:53
Gecəyarı Bakıda evdən meyit tapıldı
2 may 2025 , 18:25