Xudat Sərhəd Dəstəsi ərazisində katerlər divizionunun təməlqoyma mərasimi keçirilib
Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xaçmaz rayonunda yerləşən Xudat Sərhəd Dəstəsi ərazisində Katerlər Divizionunun təməlqoyma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, təməlqoyma mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev iştirak edib.
Elçin Quliyev jurnalistlərə bildirib ki, divizion üçün 5 ha ərazidə 4 mərtəbəli müasir standartlara uyğun bina inşa olunacaq. DSX-nin rəisi divizionun yaradılması ilə Xəzər dənizinin Azərbaycana məxsus hissəsinin daim nəzarət altında saxlanılacağını, axtarış, xilasetmə və digər əməliyyatların təxirə salınmadan yerinə yetiriləcəyini, dənizdə dövlət sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmilərlə qarşılıqlı əlaqə yaratmaq imkanlarının genişləndirəcəyini bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsində Zuxuloba sərhəd zastavasının da açılışı olub. Ötən gün isə Xudat Sərhəd Dəstəsində daha iki zastava – Yuxarı Zeyxor və Aşağı Qalanxur sərhəd zastavaları istifadəyə verilib.
Vəli Turan

Oxşar yazılar

Ağdərədə çoban minaya düşdü - YENİLƏNİB
10 iyul 2025 , 09:39
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33