Şahdağ Milli Parkındakı yanğının qarşısı nisbətən alınıb
Dekabrın 6-da axşam saatlarında Şahdağ Milli Parkında başlayan yanğının qarşısı nisbətən alınıb. Bu barədə Lent.az-a İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Belə ki, yanğın ocağı yüksəklikdə yerləşdiyindən və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətin olub. Lakin yanğınsöndürənlər, ətraf kəndlərin camaatı və meşəbəyilərinin köməkliyi ilə meşə zolağında başlayan yanğının miqyasının artmasına imkan verilməyib.
Hazırda ərazidə tüstülənən ağac kötüklərinin və xırda yanğın ocaqlarının söndürülməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, yanğını söndürmək üçün ətraf rayonlardan da qüvvə cəlb olunub.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə gün əvvəl bəyan etmişdi ki, yanğınların səbəbinin təxribat olması güman edilir. Yanğın hadisələri aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.
ETSN-nin bu gün yaydığı məlumata əsasən, 6 dekabr 2010-cu il tarixində saat 15:00-dan etibarən Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayında yanğın hadisəsi baş verib. Yanğın 2,5 hektaradək sahəni əhatə edib.
Yanğının qarşısının alınmasına Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları cəlb olunub. Bundan əlavə, kənd sakinləri də yanğının söndürülməsinə yardım göstərir.
Yanğının geniş miqyas almaması və digər meşə zolaqlarına keçməməsi üçün tədbirlər görülür.
Xatırladaq ki, 02 dekabr 2010-cu il tarixində həmin ərazinin bələdiyyə ilə sərhəd sahəsində də yanğın hadisəsi baş vermişdi. Yanğın ümumilikdə 2 hektaradək sahəni əhatə etmiş, əsasən xəzəl və kol-kos yanmışdı.
Nizam Rza

399