Masallı sakininin ölümü Baş Prokurorluqda araşdırılır
Masallı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Kalinovka kənd sakini, 1986-cı il təvəllüdlü S.Əliyevin ölümü ilə bağlı cinayət işi Bakıya göndərilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a verdiyi açıqlamada hadisə ilə bağlı ibtidai istintaqın davam etdiyini bildirib: “Noyabrın 30-da qeyd edilən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, S.Əliyevin cəsədi Kalinovka kəndi yaxınlığındakı Qasımlı dəmiryolu stansiyasında tara bazasında, şalbandan asılı vəziyyətdə aşkarlanmışdı. Bu zaman onun üzərində məktubun olduğu da bildirilir.
Özünü öldürən 24 yaşlı gənc ailəli olub. O, iki övlad atasıdır.
Qeyd edək ki, S,Əliyev “Embawood” şirkətinin rəhbəri Məşhur Əliyevin bacısı oğludur.
Nizam Rza

698