“Zərbəli” ləqəbli kriminal avtoritetə 14 il həbs cəzası verilib
APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizağa Tağıyevə hökm oxunub. Hökmə əsasən, Ə. Tağıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, 2010-cu ilin aprelində 15 il axtarışda olan “Zərbəli” ləqəbli kriminal avtoritet, Əzizağa Tağıyev qardaşı, 1967-ci il təvəllüdlü Əlövsət Tağıyevi bıçaqlayaraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb. Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Ə. Tağıyev tutulub. İki qardaş arasında baş verən münaqişənin səbəbi Əlövsət Tağıyevin içkili olması və qardaşına söyüş söyməsi olub.
1995-ci ildə isə Əzizağa Tağıyev digər qardaşını öldürmək məqsədi ilə güllələyib. Lakin aldığı xəsarət yüngül olduğundan qardaşının həyatını xilas etmək mümkün olub. Həmin vaxtdan Ə. Tağıyevin barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə axtarış elan edilib.

1630