Telman İsmayılovun şirkətində axtarış olub
04 dekabr 2010 18:39 (UTC +04:00)

Telman İsmayılovun şirkətində axtarış olub

Telman İsmayılova məxsus “AST Şit” özəl mühafizə şirkətində axtarış olub. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, axtarış bir neçə gün öncə Moskvanın mərkəzində Telman İsmayılova məxsus olduğu iddia edilən avtomobilin iştirakı ilə baş verən hadisə ilə bağlı olub.

Xatırladaq ki, “RİA Novosti” agentliyi noyabrın 24-də “Lexus” avtomobilinin sürücüsü Aleksey Smirnovun xüsusi siqnallı VİP-avtomobili müşahidə edən avtomobillərə yol vermədiyi və avtomobillərdəki mühafizəçilərin Aleksey Smirnovu döyüb, maşına da bir neçə zərbə endirdiyi barədə məlumat yayıb. Agentlik həmin şəxslərin Telman İsmayılovun mühafizəçiləri olduğunun güman edildiyini yazıb. “RİA Novosti” yazıb ki, hüquq-mühafizə orqanlarındakı mənbə həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib. Məsələ ilə bağlı cinayət işi açılıb. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev xüsusi siqnalla Moskvada hərəkət edən və qalmaqal törədən “BMW” markalı avtomobilin kimə məxsus olduğunu araşdırmağı yol hərəkəti üzrə təhlükəsizlik departamentinin rəisi Viktor Kiryanova tapşırıb. Rəşid Nurqaliyev deyib ki, xüsusi siqnalla hərəkət edən avtomobillərin siyahısını Rusiya hökuməti müəyyənləşdirir və qanunsuz belə siqnallarla hərəkət edən avtomobillər olarsa, bu, cinayət məsuliyyətinə yol açır. Cinayət işi “məqsədli şəkildə mülkiyyəti məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb. Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

“AST” şirkətlər qrupunun vitse-prezidenti, MDB-nin Dinlərarası Şurasının qəyyumluq komitəsinin həmsədri Abbas Abbasov isə nə “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılovun özünün və ailəsinin noyabrın 24-də Moskvada yolda baş verən qalmaqala heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, nə “AST” şirkətlər qrupunda, nə də Telman İsmayılovun ailəsində xüsusi siqnallı avtomobillər yoxdur: “Biz ictimaiyyətin və dövlət orqanlarının xüsusi siqnallarla bağlı mövqeyini tam dəstəkləyirik”. AST şirkətlər qrupunun vitse-prezidenti şirkətin mühafizə avtomobillərinin də olmadığını bildirib: “Moskvada yolda qalmaqalda iştirak edənlərin AST şirkətlər qrupuna və Telman İsmayılovun ailəsinə heç bir aidiyyatı yoxdur”.

Amma hüquq-mühafizə orqanlarındakı mənbə qalmaqalda İsmayılovun oğlunun iştirak etdiyini iddia edib: “Axtarış zamanı müəyyən edilib ki, maşında Telman İsmayılovun böyük oğlu Sərxan İsmayılov olub. Artıq bütün mühasibat və kadr sənədləri müsadirə edilib. Bu, insidentdə iştirak edən şəxslərin müəyyən edilməsinə kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19