ETSN hüquq-mühafizə orqanlarına müraciət etdi
Dekabrın 2-də saat 19-00-da Şahdağ Milli Parkının Talıstan Meşəbəyiliyinin 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilib, köküstə ağaclara ziyan dəyməyib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində 3 dekabr 2010-cu il tarixində səhər saatlarında yanğının qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş verib və onların da səbəbinin təxribat olması güman edilir.
Bu yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.

596