Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub
03 dekabr 2010 13:02 (UTC +04:00)

Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub

Dekabrın 2-də saat 16.00 radələrində Nizami rayonu Q.Qarayev prospektindəki valyutadəyişmə məntəqəsinə basqın olub.


Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Buzovna qəsəbə sakini Şahmərdan Şükürlü orada işləyən Qaraçuxur qəsəbə sakini Şükür Şükürova bıçaqla qarın nahiyəsindən xəsarət yetirib pul verməsini tələb edib. Lakin Ş.ŞLükürov müqavimət göstərib və basqın edən şəxs qaçmağa məcbur olub.


Hadisə yerinin yaxınlığında olan Nizami RPİ əməkdaşları Ş.Şükürlünü yaxalayıb.

Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar