İranda həbs olunmuş azərbaycanlı alim ailə üzvlərinin həyatından narahatdır
03 dekabr 2010 11:55 (UTC +04:00)

İranda həbs olunmuş azərbaycanlı alim ailə üzvlərinin həyatından narahatdır

Azərbaycanın fizika sahəsində tanınmış mütəxəssisi Rəşid Əliyev Respublika Baş Prokurorluğuna müraciət edəcək.


Bu barədə Lent.az-a Rəşid Əliyev özü məlumat verib. Rəşid Əliyev deyib ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami onu yenidən İrana aparıb həbs etməklə, yəni faktiki Azərbaycanda oğurlatdırmaqla hədələyib. Alim bildirib ki, haqsız yerə uzun müddət İranda həbs həyatı yaşadığı üçün bu ölkənin onun kimi aktiv, İran rejimi ilə bağlı mövqeyini açıqlamaqdan çəkinməyən insanlara və bu insanların ailələrinə qarşı atdığı addımlardan məlumatlıdır: “Səfirin bəyanatından sonra Azərbaycan Xarici işlər Nazirliyinə məsələ ilə bağlı müraciət etmişəm. Lakin mən daha çox ailə üzvlərimin həyatından narahatam. Digər tərəfdən, məni bir neçə il haqsız yerə olaraq İranda həbsdə saxlayıblar. Buna görə də Baş Prokurorluğa müraciət edəcəyəm, hazırda müraciətimi hazırlayıram. Ailə üzvlərimin təhlükəsizliyinin qorunmasını, eyni zamanda İranda üzləşdiyim haqsızlıqların araşdırılaraq hüquqi qiymət verilməsini istəyirəm”.


Qeyd edək ki, Bakı Dövlət Universitetinin, Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İranda həbs edilib. O, həbs olunduğu vaxta qədər İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2 il adıçəkilən şirkətlə əməkdaşlıq edib. İran məhkəməsinin qərarı ilə Rəşid Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rəşid Əliyev bu il avqustun 11-də azadlığa buraxılıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar