Bakıda anasının başını kəsən şəxs ifadə verdi - TƏFƏRRÜAT
Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirən 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firudin oğlu istintaqa ilk ifadəsini verib. Lent.az-ın əldə etdiyi məlumata görə, psixi xəstə olan E.Şahbalayev anasından “xoşu gəlmədiyini” və onu “əvvəllər döydüyünü” deyib.
O, qətli törətməsini də təsdiqləyib və anasına qayçı və bıçaqla çoxsaylı zərbə vurduğunu deyib.
Verilən digər məlumata görə, 26 yaşlı oğlan anasını öldürəndən sonra evə od vurub. Qonşular alovu söndürəndən sonra evdə N.Bilalovanın qan içində cəsədini aşkarlayıb. E.Şahbalayev isə üstü-başı qanlı halda Binəqədi-Xırdalan yolunda yaxalanıb.
Hadisə dekabrın 1-də saat 06 radələrində Bakı şəhər Binəqədi rayonun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ev 42 ünvanında baş verib. Bu haqda məlumat isə hüquq-mühafizə orqanlarına saat 09:45-də daxil olub.
Qeyd edək ki, psixi xəstə olan Emin anasını xüsusi qəddarlıqla qətlə yetirib. O, çarpayıda yatılı halda olan anasına bıçaq və qayçı ilə çoxsaylı zərbələr vurub. Bu azmış kimi, 57 yaşlı qadının gözlərini çıxarıb və digər ağlasığmaz hərəkətlər edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə iş başlanılıb. İstintaqı prokurorluğun müstəntiqi Fərid Nağıyev aparır.
Nizam Rza

Oxşar yazılar

Gədəbəydə 49 yaşlı qadın bıçaqlandı - YENİLƏNİB
1 may 2025 , 22:53Ağdamda 3 otaqlı ev yandı-VİDEO
1 may 2025 , 20:17
Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı
1 may 2025 , 19:32
Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA
1 may 2025 , 18:12
“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU
1 may 2025 , 16:52
Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş xanım həbs olundu - VİDEO
1 may 2025 , 16:46
Qazaxıstanlı qadın Azərbaycanda öldü
1 may 2025 , 16:40