Telman İsmayılov məsuliyyətə cəlb oluna bilər
Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev xüsusi siqnalla Moskvada hərəkət edən və qalmaqal törədən “BMW” markalı avtomobilin kimə məxsus olduğunu araşdırmağı tapşırıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu məsələni araşdırmaq yol hərəkəti üzrə təhlükəsizlik departamentinin rəisi Viktor Kiryanova tapşırılıb.
Rəşid Nurqaliyev deyib ki, xüsusi siqnalla hərəkət edən avtomobillərin siyahısını Rusiya hökuməti müəyyənləşdirir və qanunsuz belə siqnallarla hərəkət edən avtomobillər olarsa, bu, cinayət məsuliyyətinə yol açır.
Qeyd edək ki, “Lexus” avtomobilinin sürücüsü Telman İsmayılovu müşayiət edən avtomobillərə yol verməyib. Mühafizəçilər isə “Lexus”un sürücüsü Aleksey Smirnovu döyüblər, maşına da bir neçə zərbə endiriblər. Yalnız yoldan keçən bir neçə avtomobil sürücüsü Aleksey Smirnovun müdafiəsinə qalxmasından sonra Telman İsmayılovun mühafizəçiləri ondan əl çəkiblər.
Cinayət işi “məqsədli şəkildə mülkiyyəti məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb. Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
“RİA Novosti” yazır ki, hüquq-mühafizə orqanlarındakı mənbə həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib. Ancaq hələ bununla bağlı rəsmi məlumat yoxdur. Rusiya daxili işlər nazirinin xüsusi siqnallarla qanunsuz hərəkət edən avtomobillərlə bağlı açıqlaması isə göstərir ki, Telman İsmayılov da məsuliyyətə cəlb oluna bilər.

535