BQXK Azərbaycan və Ermənistanda 4,5 min nəfəri itkin düşmüş sayır
APA-nın xəbərinə görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin Axtarış işləri üzrə regional nümayəndəsi Apure Oquya bildirib.
Bu siyahının tez-tez dəyişdiyini deyən BQXK nümayəndəsi komitənin siyahısının bilavasitə itkin düşmüş şəxslərin verdikləri məlumatlar əsasında hazırlandığını deyib: “Onların əksəriyyəti hərbçilərdir. Lakin Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında olan say bizimkindən çoxdur. Hazırda bu fərq xeyli azalıb. Bu da onun nəticəsidir ki, komitə Dövlət Komissiyası ilə dəqiqləşdirmə aparır. Ümidvarıq ki, yaxın illərdə siyahılarımızda olan fərq tam aradan qalxacaq və uyğunlaşacaq.
O, həmçinin bu günə olan son məlumatlara görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısı ilə BQXK-nın siyahısı arasında fərqin 200-300 nəfərlə bağlı olduğunu deyib.

445