Erməni əsirliyindəki hərbçimiz Azərbaycana qayıtmaq istəyir
“Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr ayında əldə etdikləri razılığa görə, iki ölkə arasında hərbi əsir və mülki şəxslərin və meyitlərin qaytarılması ilə bağlı intensiv danışıqlar davam etdirilir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Şerin Poline bildirib. Nümayəndə deyib ki, artıq bunun nümunəsi kimi, noyabrın 4-də və 6-da iki əməliyyat baş tutub. BQXK-nın danışıqlarda birbaşa iştirak etmədiyini, sadəcə, vasitəçi missiyası yerinə yetirdiyini bildirən Ş. Poline bunları deyib: “Hazırda danışıqlar davam edir. İki ölkədə olan əsir və mülki şəxslərin qaytarılması saxlanılan şəxslərin arzusu əsasında həyata keçirilir. İndiki mərhələdə Azərbaycanda saxlanılan bir Ermənistan vətəndaşı və Ermənistanda saxlanılan bir Azərbaycan hərbçisi ölkələrinə qayıtmaq arzusunu bildiriblər. Hazırda bu yöndə işlər davam etdirilir. Lakin hələ əməliyyatın baş tutması barədə tam razılılıq əldə olunmayıb”.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29