“Kabus” ləqəbli narkobaron azərbaycanlı sevgilisiylə yaxalandı
‘Kabus” və “Volkan” ləqəbləri ilə məşhurlaşan türkiyəli narkobaron Hurşit Yavaş Sakarya vilayətinin Sapanca rayonundakı villasında yaxalanıb.
Lent.az-ın takvim.com saytına istinadən verdiyi məlumata görə, həyatı “Pars Kiraz Əməliyyatı” adlı filmə mövzu olan baronun Azərbaycan əsilli sevgilisi Gülşirin R. və digər 6 yaxın adamı da saxlanılıb.
Türkiyə polisi Hurşit Yavaşının bütün əlaqələrini üzə çıxarıb. Ona aid olduğu iddia edilən və Vandan gətirilən 69 kiloqram 500 qram heroin ələ keçirilib. Eyni vaxtda baronun villasında və 13 müxtəlif ünvanda əməliyyat keçirilib.
Axtarışlar zamanı 9 mobil telefon, 30 Sim-kart, çox sayda silah və pul aşkarlanıb. Hurşit Yavaşın tanınmamaq üçün qalın gözlük taxdığı və saqqal buraxdığı məlum olub. İki cinayətə görə 4 il həbsxanada olmuş və qaçdıqdan sonra Avropaya yollanan Hurşit Yavaşın izinə indiyə qədər düşmən mümkün olmamışdı.

667