Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, səhər saat 9:15 radələrindən başlayaraq 9:40 radələrinə qədər metro qatarları arasında limit 15-17 dəqiqə olub.
Bu müddət ərzində “Azadlıq Prospekti” – “Həzi Aslanov” istiqamətində cəmi iki qatar keçib. Xüsusən “20 Yanvar” və “İnşaatçılar” metrostansiyalarında çoxlu sayda sərnişin toplanması vaqonlarda sıxlığa, basabasa səbəb olub.
Qatar bələdçiləri “Azadlıq Prospekti” – “Həzi Aslanov” xəttində texniki problem olması səbəbindən bu problemin yaşadığını bildiriblər. Məsələ ilə bağlı Bakı Metropoliteninin Hərəkət Xidmətinin rəisi Etibar İsayevlə əlaqə saxlamağa çalışsaq da, köməkçisi onun kabinetində deyil, Metropoliten ərazisində olduğunu bildirib.

492