Yeyib-içdilər, dalaşdılar və biri o birini bıçaqladı
30 noyabr 2010 17:33 (UTC +04:00)

Yeyib-içdilər, dalaşdılar və biri o birini bıçaqladı

Noyabr ayının 29-u axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. Xaçmaz şəhər sakini 45 yaşlı Əlibala Nəcəfov 35 yaşlı qonşusu Cabbar Orucovu bıçaqlayıb.

Qonşular əvvəlcə birlikdə yeyib-içiblər. Bir müddət sonra C.Orucov qonşusunun ünvanına nalayiq ifadələr işlədib. Ə.Nəcəfov isə C.Orucova bir neçə bıçaq zərbəsi endirib, evə qayıdıb. Bıçaqlanan şəxs dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, onun qonşusu isə polis şöbəsinə aparılıb. C.Orucov üzərində cərrahiyə əməliyyatı aparılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır.

Faktı araşdıran Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi Elşən Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar