Bakıda 16 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü İbrahimova Validə Vüsal qızı çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Hadisə Ağa Nemətulla küçəsi bina 72, mənzil 22-də baş verib.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə isə 16 yaşlı qız intihar edib. Belə ki, o, bazar günü sınaq imtahanı verib, lakin bal toplaya bilməyib. Bundan sonra yeniyetmə Ağa Nemətulla küçəsindəki yaxın qohumlarının evinə gedərək, özünü öldürüb.
Digər bir intihar hadisəsi isə Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Tükəzban İbrahim qızı Nəsrəddin Tusi küçəsi 24/42 ünvanındakı çoxmərtəbəli binadan özünü atıb. O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, 28 yaşlı qadın ruhi xəstə olub, o 1 saylı Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
Nizam Rza

536