İrandan Azərbaycana heroin gətirən qadın saxlanılıb
Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn ölkə vətəndaşı Nərminə İmaməliyevanın üzərinə baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 1000 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar ediblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərminə İmaməliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, o, həmkəndlisi Səmədulla Əsədovla cinayət əlaqəsinə girərək, narkotik vasitəni bu ilin avqustunda İran İslam Respublikasının Astara şəhərində əldə edərək saxlayıb, daşıyıb və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Nərminə İmaməliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

452