“Bakı-Sankt-Peterburq” sərnişin qatarında 6 kiloqram narkotik aşkarlandı
Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində gedən “Bakı-Sankt-Peterburq” sərnişin qatarına Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda gömrük baxışı keçirilən zaman həmin qatarın oturacağının altında Aqşin Tağıyevə məxsus 2 ədəd sellofan torbanın içərisindən 6 ədəd bağlamada ümumi xalis çəkisi 6 kq 80 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Aqşin Tağıyev sözügedən narkotik vasitəni İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədilə, qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyıb və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək yaşadığı Astara rayonunun Şiyəkəran kəndinə gətirərək, kəndin girişindəki əkin sahəsində - kolluqda gizlədib. Aqşin Tağıyev cinayət əməllərini davam etdirərək narkotik vasitəni gizlətdiyi yerdən çıxarıb, hər birində üç bağlama olmaqla iki ədəd sellofan torbaya qablaşdırmış və özünün idman çantasına yerləşdirərək Rusiya Federasiyasına aparmaq üçün Bakı şəhərinə gətirib.
Bundan sonra o, “Bakı-Sankt-Peterburq” sərnişin qatarının 5-ci vaqonunun 39-cu yerinə bilet alıb və həmin narkotik vasitəni vaqonda öz oturacağının altında gizlədərək, “Yalama” gömrük postunun gömrük nəzarəti zonasında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərib.
Aqşin Tağıyevə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, təqsirləndirilən şəxs qismində dindirilərkən bildirib ki, narkotik vasitəni İran İslam Respublikasında tanımadığı şəxsdən alıb və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində satmaq niyyətində olub.

570