Azərbaycanda Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Bu barədə APA-ya İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.
Məlumata görə, Türkiyənin Bolu şəhər sakini olan 35 yaşlı Barbaros Leyləkoğlu adam oğurluğu və qeyri-qanuni miqrasiyada günahlandırılır. Bir neçə dəfə Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən Barbaros Leyləkoğlu barəsində Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb. Balakən Rayon Məhkəməsinin qərarı ilə onun barəsində beynəlxalq axtarış elan edilib.
Hazırda Azərbaycan hüquq-mühafizə orqanları Barbaros Leyləkoğlunun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57