İstanbulun simvolu yandı
29 noyabr 2010 12:42 (UTC +04:00)

İstanbulun simvolu yandı

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yanğın axşam saatlarında söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi barədə hələ rəsmi açıqlama verilməyib. Bununla belə, vağzalın yerləşdiyi ərazinin daxil olduğu İstanbulun Kadıköy rayonunun bələdiyyə sədri Selami Öztürk və CHP-nin İstanbul rayon təşkilatının sədri Berhan Şimşekdən gələn açıqlamalar çoxlu suala yol açıb.

Bələdiyyə sədri Selami Öztürk deyib ki, Haydarpaşa Dəmiryol Vağzalının binasında təmir işləri aparılırmış: “Təbiət və Mədəniyyət Abidələri Qurumundan icazə alınıb. Ancaq bu təmir işləri ilə bağlı bələdiyyədən icazə alınmayıb. Ona görə də bu təmir işləri qanunsuzdur”.
O, yanğının söndürülməsi üçün vertolyotların yardımından istifadə olunmamasının da başa düşülmədiyini bildirib.

CHP-nin İstanbul bələdiyyəsinin sədri də yanğının söndürülməsi üçün vertolyotlardan istifadə edilməməsinin bir çox suala yol açdığını vurğulayıb.
İstanbul valisi Hüseyin Avni Mutlu isə vertolyot və təyyarələrdən istifadə edilməsinin yanğın zamanı müzakirə olunduğunu, ancaq bunun məqbul sayılmadığını, daha məqbul vasitələrdən istifadə edildiyini söyləyib.
Binaya dəyən zərərin miqdarı hələ açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar