Qusarda dəhşət: “Mercedes” ikiyə bölündü, 1 ölü, 1 yaralı - YENİLƏNİB
Noyabrın 28-də saat 20 radələrində Qusar rayonunun Ləgərqışlaq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. “Mercedes 320” markalı 10 LS 320 dövlət nömrə nişanlı avtomaşın Xudatdan Qusar istiqamətində hərəkət edərkən yoldan çıxaraq ağaca çırpılıb.
Zərbədən avtomaşının mühərriki yerindən çıxıb və maşın iki hissəyə bölünüb.
Sürücü, Qusar şəhər sakini Şəmsi Qurbanov hadisə yerində dünyasını dəyişib. Onun meyiti bir müddət avtomaşında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən onun meyiti maşından çıxarılıb.
Sərnişin, Bakı şəhər sakini 25 yaşlı Kozlov Aleksey Viktoroviç ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Xudat Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, onun vəziyyəti orta ağırdır. Xəsarət alan şəxs baş verənləri xatırlamır.
Qusar Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Vəli Turan

Oxşar yazılar
Ağdamda 3 otaqlı ev yandı-VİDEO
1 may 2025 , 20:17
Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı
1 may 2025 , 19:32
Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA
1 may 2025 , 18:12
“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU
1 may 2025 , 16:52
Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş xanım həbs olundu - VİDEO
1 may 2025 , 16:46
Qazaxıstanlı qadın Azərbaycanda öldü
1 may 2025 , 16:40
Dəhşətli qəzada gözü çıxıb yolun ortasına düşdü
1 may 2025 , 16:18