Sürücü öldü, iki at vuruldu, işıq xətti, divar, darvaza aşdı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə noyabrın 27-də axşam saat 22.40 radələrində Ələt-Astara magistralının 185-ci kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Boladi kənd sakini, 1975-ci il təvəllüdlü Azər Xankişiyev idarə etdiyi “VAZ-21012” markalı avtomaşınla Astara istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iki atı vurub.
Daha sonra avtomaşın zərbədən yolun sol hissəsindəki beton divara çırpılıb, çəpəri və həyət qapısını dağıdıb, ərazidəki yüksək gərginlikli elektrik dirəyini aşırıb.
Qəza nəticəsində avtomobilin sürücüsü A.Xankişiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

673