Samuxda ev quşları kütləvi şəkildə tələf olub
APA-nın Qərb bürosunun məlumatına görə, qırılma halları əsasən toyuqlar arasında baş verir. Bu faktı Samux rayonunun Kolayır və Sərkar kənd sakinləri də təsdiqləyib.
Kolayır və Sərkar kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, toyuqların bir gün içində qırılmasının səbəbləri qeyri-müəyyən qalıb. Sağlam şəkildə hinə salınan ev quşları səhər tələf olmuş vəziyyətdə aşkarlanır. Sakinlər bu məsələyə məsuliyyətsiz yanaşdıqlarını da etiraf ediblər. Belə ki, ev quşlarının kütləvi qırılmasına baxmayaraq, bu günə kimi heç kim Rayon Baytarlıq İdarəsinə müraciət etməyib. Tələf olmuş ev quşları isə ya kənd zibilliyinə atılır, ya da torpağa basdırılır.
Bunu Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov da təsdiqləyib. Onun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bu günə kimi Samux rayonunda heç bir yoluxucu xəstəlik müşahidə edilməyib: “Bu günə kimi Samux rayonunda heç bir kənd sakini ev quşlarının kütləvi tələfatı ilə bağlı Baytarlıq İdarəsinə müraciət etməyib. Biz oktyabrda rayon ərazisində monitorinq keçirmişik. Bu günə kimi Samux rayonunda ev quşları arasında yoluxucu xəstəlik qeydə alınmayıb. Quşların kütləvi qırılması hallarının baş verməsinə «Nyukasl» xəstəliyi səbəb ola bilər. Bu xəstəliyin qarşısını almaq üçün Dövlət Baytarlıq Xidmətindən bizə aprel ayında 126 min doza vaksin göndərilib. May-iyun aylarında bu xəstəliyə qarşı kəndlərdə vaksinasiya işi aparılıb. Son faktlarla əlaqədar ev quşlarından yenidən qan analizi götürülərək Dövlət Baytarlıq Xidmətinin laboratoriyalarına göndəriləcək”.
M.Bağırov ev quşlarının antisanitariya şəraitində saxlanıldığını, həmçinin quşların yerə tökülən xurma ilə qidalanması nəticəsində kütləvi tələfatın baş verdiyini qeyd edib.
Qeyd edək ki, “Nyukasl” xəstəliyi ev quşları arasında sürətlə yayılan infeksiyadır. Bu xəstəliyə yoluxmuş toyuq tez bir zamanda pipiyi qaralaraq ölür.

1280