Dağıstanda partladılmış dəmir yolu bərpa edildi
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Qafqaz dəmir yolunun korporativ kommunikasiyalar xidmətinin rəisi vəzifəsini yerinə yetirən Yevgeni Boyevets bildirib.
O, partlayış törədilən ərazidə hərəkətin yerli vaxtla saat 9:30-da tam bərpa olunduğunu vurğulayıb. Partlayış nəticəsində ancaq Mahaçqala-Moskva sərnişin qatarının hərəkətində gecikmə olub.
Xatırladaq ki, partlayış gecə saat 3:36 radələrində, Həştərxan-Mahaçqala qatarının yoldan keçdikdən 20 dəqiqə sonra törədilib. Dəmir yolu yaxınlığındakı naməlum şəxsi milis dəstəsi aşkarlayıb. O, milisə atəş açıb və 1 milis işçisini yaralayaraq aradan çıxmağı bacarıb. Dəmir yolunun bir neçə metrlik hissəsi sıradan çıxıb. Hazırda 3 sərnişin və 2 yük qatarı dəmir yolu dağıdıldığından dayandırılıb. Dəmir yolunda bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, partlayış törədilən dəmir yolu Azərbaycanla Rusiyanı birləşdirir. Ancaq partlayış törədilən vaxt qrafikə əsasən dəmir yolunun həmin hissəsindən keçəcək, Azərbaycana gələn və Azərbaycandan Rusiyaya gedən sərnişin və yük qatarı olmayıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a açıqlamasında deyib ki, Tümen-Bakı qatarı qrafikə uyğun olaraq bu gecə saat 2:00-da Bakıya gəlib, səhər saat 6:20 radələrində isə Bakıdan Tümenə yola salınıb. Rostovdan da Bakıya qatar bu gün səhər saat 8:20 radələrində çatıb. Bakıdan Rostova qatar qrafikə uyğun olaraq axşam saat 23:40 radələrində yola salınacaq. Nadir Əzməmmədov Rusiya tərəfi ilə əlaqə saxlandığını, Azərbaycana gələn və Azərbaycandan Rusiyaya gedən sərnişin və yük qatarlarının qrafikində dəyişiklik edilməyəcəyini bildirib.

475