Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxs həbsdən azad edilib
27 noyabr 2010 11:45 (UTC +04:00)

Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxs həbsdən azad edilib

Bu barədə APA-ya məlum hadisənin cinayət işini araşdıran Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov bildirib. Onun sözlərinə görə, ötən gün Nəsimi Rayon Məhkəməsi iş üzrə təqsirləndirilən Seymur Məmmədov barəsində qərar çıxarıb. Qərara əsasən, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək, ev dustağı ilə əvəz edilib.

Xalq artisti Faiq Ağayevin mətbuat xidməti isə Nəsimi Rayon Məhkəməsinin qərarını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, cəmiyyət üçün birmənalı şəkildə təhlükə yaradan, əvvəllər də dəfələrlə qanun pozuntuları törədən S. Məmmədovun həbsdən buraxılaraq polis nəzarəti altına verilməsi səhv və məntiqsizdir. F. Ağayev istintaq başa çatmamış S. Məmmədovun sərbəst buraxılmasını ədalətsiz hesab edir.

Qeyd edək ki, sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.

Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, məlum hadisə ilə bağlı cinayət işinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işinin həmin məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21