12 yaşında söyüldü, 11 il sonra qisas aldı
Xaçmaz rayonunda 11 il əvvəl, 12 yaşı olarkən həmkəndlisi tərəfindən söyülən şəxs 23 yaşında bunun qisasını alıb. Belə ki, Xaçmaz rayon Yeni Həyat kənd sakinləri 34 yaşlı Süleyman İzzətov və həmkəndlisi 23 yaşlı Rüstəm Fətəliyev kafedə yeyib-içdikdən sonra Rüstəm 12 yaşında Süleyman İzzətovun onu söydüyünü xatırlayıb. Bunun səbəbini Süleyman İzzətovdan soruşduqda tərəflər arasında dava düşüb. Rüstəm Fətəliyev həmkəndlisini döyüb, xəstəxanalıq edib. Süleyman kəllə-beyin travması ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində Rüstəm İzzətov yaxalanıb. Xaçmaz RPŞ-nin müstəntiqi Elşən Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.
Vəli Turan

538