Qəzada yaralanan zəvvarlarımızdan 7-si xəstəxanadan buraxılıb
Noyabrın 23-də saat 17:30-da Türkiyənin Sivas vilayətinin Şarıqışla rayonunun Dökmetaş kəndi ərazisində baş vermiş qəzada yaralanan azərbaycanlı zəvvarlardan 7-si xəstəxanadan buraxılıb. Bu barədə Lent.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov məlumat verib. O bildirib ki, qəzada yaralanan digər 22 zəvvarın da həyatı üçün təhlükə qalmayıb: “Artıq bəzi yaralılar tamamilə sağalıb və onlar Sivasdakı Qonaq evində istirahət edirlər. Əvvəlcədən də bildirdiyimiz kimi, 5 nəfər qəza nəticəsində həlak olub. Deyə bilərəm ki, ölənlərin sayı artmayacaq. Həkimlərin sayı nəticəsində ağır vəziyyətdə olan yaralılarımızın hamısının həyatı xilas edilib və onların həyatı üçün təhlükə qalmayıb. Həmçinin, Sivasın dövlət orqanları hadisə zamanı və ondan sonra vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərib. Hazırda səfir Faiq Bağırov və Şeyxülislam Hacıallahşükür Paşazadə xəstələrin yanındadır”.
Yaralıların bir qrupunun və həlak olmuş zəvvarların meyitinin Azərbaycana göndərilməsinə gəlincə, Elsevər Salmanov deyibn ki, bu istiqamətdə danışıqlar gedir: “Onlar ən yaxın zamanda Vətənə göndəriləcək”.
Məsələ ilə bağlı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə də əlaqə saxladıq. M.Səfərli Lent.az-a açıqlamasında Türkiyədə qəzaya düşmüş həmyerlilərimizi gətirmək üçün Bakıdan təyyarə göndərmədiklərini bildirdi: “Hələlik bununla bağlı bizə müraciət daxil olmayıb. Əgər belə bir qərar olsaydı, uçuşların planında öz əksini tapardı. Lakin planda hələ hər hansı dəyişiklik yoxdur”.
Nizam Rza

Oxşar yazılar

Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı
12 iyul 2025 , 09:35