Azərbaycanın “Miras”ı daha bir beynəlxalq kino festivalda
Festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 33 ölkəsinin 50-dən artıq filmi mübarizə aparacaq.
Fariz Əhmədov Lent.az-a bildirib ki, noyabrın 11-i nümayiş olunacaq filmi əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq. “Miras” sənədli filmi oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında “Kinematoqrafiya sənətinə sədaqətə görə” diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə, “Maarif” diplomuna layiq görülüb.
Qeyd edək ki, 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunan filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadədir. Filmin prodüserləri Rəşad Qasımov və Zakir Musayvedir. Fariz Əhmədov isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır. “Miras” artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
Xəyalə

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23