Atəşkəs bir neçə istiqamətdə pozulub
02 noyabr 2010 10:14 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 09.15-dən 09.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12.45-dən 13.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.15-dən 19.30-dək və 22.40-dan 23.00-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar