Əsirlikdə olan hərbçimizin göndərdiyi məktubda bir neçə sətir pozulub
Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirin məktubunu bu gün ailəsinə təqdim ediblər. A. Hacıyev ailəsinə ünvanladığı məktubunda yazıb: “Salam, ay mama. Mənim vəziyyətim yaxşıdır. Məndən narahat olmayın. Qohumlara və qonşulara, hamıya salam söyləyin. Sağ olun”. N. Məmmədova bildirib ki, Anarın yazdığı məktubda bir neçə sətir pozulub. O, silinmiş sətirlərdə nə yazıldığını bilmədiyini qeyd edib.
N. Məmmədovanın sözlərinə görə, BQXK nümayəndələri A. Hacıyevin səhhətində problem olmadığını deyiblər: “Mənə dedilər ki, Anarın vəziyyəti yaxşıdır”.
Xatırladaq ki, BQXK əməkdaşları A. Hacıyevə bu il oktyabrın 27-də baş çəkiblər.
1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
Qeyd edək ki, bu gün Azərbaycanla Ermənistan arasında 8 hərbi əsir, 6 mülki şəxs və üç meyitin qaytarılması gündəmdədir.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması əksini tapıb.

592