Bakıda və Sumqayıtda saxta rus araqları aşkar olundu
01 noyabr 2010 13:28 (UTC +04:00)

Bakıda və Sumqayıtda saxta rus araqları aşkar olundu

Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakini Zahir Fərəcov ona məxsus sexdə qanunsuz spirtli içki istehsal edirmiş.

Spirtli içkilər qablaşdırılaraq bazar qiymətindən ucuz Bakı şəhərində olan kafelərə və restoranlara satılırmış. Sexə baxış zamanı 3049 ədəd müxtəlif cür araq, 1500 ədəd aksiz markası, 60 litr spirt aşkar olunub.

Qeyd edək ki, saxlanılan Z.Fərəcov əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Natiq Qədimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540

Oxşar yazılar