Azərbaycan ordusunun əsgəri dünyasını dəyişib
31 oktyabr 2010 15:52 (UTC +04:00)

Azərbaycan ordusunun əsgəri dünyasını dəyişib

Azərbaycan ordusunun əsgəri dünyasını dəyişib. Onun cəsədi bu gün səhər saatlarında doğulduğu Xaçmaz rayonuna gətirilib. Xaçmaz rayon Sabiroba kənd sakini, 1991-ci il təvəllüdlü Şükürov Ramin Səməndər oğlu bu gün doğulduğu kənddə torpağa tapşırılıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Teymur Abdullayev Lent.az-a bildirib ki, iş günü olmadığından faktla bağlı noyabrın 1-də məlumat verə bilər.

Xaçmaz rayon hərbi komissarlığından əsgərin yaxınlarına bildiriblər ki, əsgərin ölümünün səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ramin Şükürov 2009-ci ilin oktyabrında hərbi xidmətə yollanıb, aprel ayında hərbi xidməti bitirib evə gəlməli imiş. O, Ağdamda yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar