Sabiq polis rəisi Natiq Əfəndiyev həbsdən çıxdı
Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev bu gün azadlığa çıxıb. 9 saylı təcridxanada cəza çəkən sabiq polis rəisi elə bu gün Gəncəyə yola düşüb.
Natiq Əfəndiyev Lent.az-a açıqlamasında deyib ki, 5 illik həbs müddəti bu gün başa çatıb və təcridxanadan səhər saatlarında buraxılıb. Hazırda o, ailəsi ilə görüşmək üçün Gəncəyə gedir.
Xatırladaq ki, N.Əfəndiyev 5 il əvvəl dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da sonradan onun maddəsi başqa bir maddə ilə (qanunsuz silah saxlama) əvəzlənib.
O, ilk dəfə 2000-ci ilin yanvar ayında həbs olunub. 2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxan Natiq Əfəndiyev bir neçə aydan sonra yenidən həbs olunmuşdu.
Keçmiş polis rəisi həbsdən sonra ilk müsahibəni Lent.az-a verəcəyini vəd edib.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda yük maşını qadını vurub öldürdü
24 iyun 2025 , 11:00
Sumqayıtda yaşayış binasında yanğın -VİDEO
24 iyun 2025 , 10:54
Ağdamda 16 yaşlı qız itkin düşdü
24 iyun 2025 , 09:24
Bakının bu rayonunda qaz olmayacaq
24 iyun 2025 , 09:17
Goranboyda məktəblinin meyiti tapıldı
24 iyun 2025 , 08:47
Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verilməsi təsdiqlənib
23 iyun 2025 , 21:14
Azərbaycanlı müharibə iştirakçısının anasının maşınını qaçırdı
23 iyun 2025 , 20:41