Günün tarixi
01 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1604. Şekspirin “Otello”su ilk dəfə Londonda səhnələşdirilib

1897. İtalyan futbol klubu Yuventus qurulub

1906. “Füyuzat” jurnalının ilk sayı çapdan çıxıb. H.Z.Tağıyevin sponsorluq etdiyi jurnalın baş redaktoru Əli bəy Hüseynzadə olub

1907. III Dövlət duması fəaliyyətə başlayıb

1920. İosif Stalin Bakıya gəlib

1922. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının varlığına son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmet taxtdan endirilib

1922. Azərbaycan Kommunist Partiyasının (AKP) 2-ci konfransı başlayıb

1924. Süleyman Dəmirəl anadan olub

1925. İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və Qacar xanədanının hakimiyyətinə son qoyulub

1927. Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikası prezidenti seçilib

1935. Neft sənayesi qabaqcıllarının I Bakı toplantısı keçirilib

1939. Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilib

1939. Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilib

1939. Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib

1940. Aktrisa Elmira Şabanova anadan olub

1950 Azərbaycan Texniki Universiteti açılıb

1993. Maastrix sazişi qüvvəyə minib. Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb

1994. Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub

1998. Avropa İnsan Haqları Məhkəməsi təsis edilib

2006. Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri xarici işlər nazirlərinin 15-ci iclası keçirilib

2008. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri “Moskva Bəyannamə”sini imzalayıblar.

Günün aforizmi:

“Hürriyyəti-kəlamə gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır"

"Füyuzat" jurnalı, 1907-ci il, No25
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar