Göyərtəsi tüstülənən “Azal” təyyarəsi Bakıya qayıdıb
İstanbul Atatürk Hava Limanına göyərtəsində tüstü yaranması ilə əlaqədar təcili eniş edən “Azərbaycan Hava Yolları” QSC-yə (Azal) məxsus «Boeing 757» tipli sərnişin təyyarəsi saat 09:44-də Bakıya qayıdıb. Bu barədə APA-ya «Azal»ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Hadisənin kiçik texniki nasazlıqdan baş verdiyini deyən M.Səfərli bildirib ki, hadisə nəticəsində zərər çəkən olmayıb. Təyyarə texniki baxışdan keçirilib, nasazlıq aradan qaldırıldıqdan sonra, Türkiyə vaxtı ilə saat 07:25-də İstanbuldan təkrar havaya qalxıb.
«Sərnişinlərin hamısı sağ-salamat Bakıya çatdırılıb. Onların arasında xəsarət alan olmayıb», - deyə M.Səfərli vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə vaxtı ilə saat 01:30-da İstanbul Atatürk Hava Limanından qalxan «Azal»a məxsus «Boeing 757» tipli J2 078 saylı sərnişin təyyarəsi 15 dəqiqə sonra yenidən hava limanına qəza enişi edib. Türkiyə xəbər portallarının məlumatına görə, buna səbəb təyyarənin göyərtəsini tüstü bürüməsi olub. Hadisə nəticəsində sərnişinlər arasında huşunu itirənlərin olduğu bildirilir.

Oxşar yazılar

Övladlarını qurtarmaq istəyən ana faciəli şəkildə öldü
24 iyun 2025 , 13:15
Bakıda nişan mərasimində DAVA: saxlanılanlar var - VİDEO
24 iyun 2025 , 12:54
"Sonradan bildim ki, o təhlükəli adamdır" - Martin Ryanın ETİRAFLARI
24 iyun 2025 , 12:07
Bakıda yük maşını qadını vurub öldürdü
24 iyun 2025 , 11:00
Sumqayıtda yaşayış binasında yanğın -VİDEO
24 iyun 2025 , 10:54
Ağdamda 16 yaşlı qız itkin düşdü
24 iyun 2025 , 09:24
Bakının bu rayonunda qaz olmayacaq
24 iyun 2025 , 09:17