Qırğızıstanda həbs edilən Vüqar Xəlilovun pasportu özünə qaytarılıb
29 oktyabr 2010 17:59 (UTC +04:00)

Qırğızıstanda həbs edilən Vüqar Xəlilovun pasportu özünə qaytarılıb

V. Xəlilovun qardaşı Azər Xəlilov APA-ya bildirib ki, bu, şəhər prokuroru Kubanıçbek Abılov, onun müavini Manas Nişanov və istintaq İdarəsinin rəisi Anatoli Xeqayın vəzifələrindən çıxarılmasından sonra mümkün olub. Oktyabrın 27-də V. Xəlilovun vəkili Artyom İvanov prokurorluğa çağırılıb və Vüqarın Britaniya pasportu ona təqdim edilib. Pasport istintaqın iyun ayının ortalarında bitməsinə baxmayaraq, heç bir əsas olmadan sahibinə qaytarılmırdı.

V. Xəlilov rəhbərlik etdiyi “Flexi Communications” PR şirkətinin maliyyə sənədlərinin hələ də prokurorluqda saxlandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar