Atəşkəsin pozulması nəticəsində daha bir əsgərimiz yaralanıb
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hadisə cəbhənin Goranboy rayonu istiqamətində baş verib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1991-ci il təvəllüdlü Rəsul Hacızadə ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib, vəziyyəti kafidir.
Qeyd edək ki, R. Hacızadə 2009-cu ilin oktyabrında Ağsu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. O, Salyan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğludur. Onun Qazax rayonunun N saylı hərbi hissəsində xidmət keçərkən düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilib.

Oxşar yazılar

Sumqayıtda 50 yaşlı kişinin meyiti tapıldı
27 aprel 2025 , 23:16
Şirvanda 7 yaşlı uşaq öldü – şok səbəb
27 aprel 2025 , 21:22
Xəzər dənizində zəlzələ oldu
27 aprel 2025 , 19:06
Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO
27 aprel 2025 , 17:15
Gəncədə 23 yaşlı oğlan bıçaqlandı
27 aprel 2025 , 16:36
İrandan Azərbaycana narkotik keçirənlərdən 1-i zərərsizləşdirildi-Saxlanılanlar və qaçanlar var
27 aprel 2025 , 13:56
Bakıda avtomobil səkiyə çırpıldı-Ölən var
27 aprel 2025 , 13:48