Xudatda zəhərlənən şəxslərin 13 nəfəri Kürdəmirə aparılıb
29 oktyabr 2010 12:04 (UTC +04:00)

Xudatda zəhərlənən şəxslərin 13 nəfəri Kürdəmirə aparılıb

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər Kürdəmirin Ərşəli kəndinin sakinləri olub. Belə ki, oğlan tərəfi olaraq Xudatdakı toyda iştirak edən kürdəmirlilər “Paytaxt” salatından zəhərlənib.

Rayon polis idarəsindən onu da bildirdilər ki, xəstəxanaya yerləşdirilən şəxslərdən 11-nin vəziyyəti normallaşıb. 2 nəfərin durumu isə hələ də orta-ağır olaraq qalır.

Qeyd edək ki kütləvi zəhərlənmədən 40-a yaxın şəxs zərər çəkib.

Xaçmaz rayon prokurorluğundan bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır və günahkar şəxslər tezliklə cəzalandırılacaq.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar