Lənkəranda 19 yaşlı oğlan yol qəzasında öldü
29 oktyabr 2010 10:01 (UTC +04:00)

Lənkəranda 19 yaşlı oğlan yol qəzasında öldü

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Viravul kənd sakini Mənsimov Qismət Şəmsəddin oğlu (1986) idarə etdiyi “VAZ 2103” markalı avtomobillə İstisu qəsəbə sakini Hüseynov Şəhriyar Ayətağa oğlunu (1991) vurub.

19 yaşlı piyada hadisə yerindəcə dünyasını dəyişib. Hadisə Lənkəran-Boradigah yolunun 5-ci kilometrliyində, Girdəni kəndi ərazisində baş verib.

Rayon Polis İdarəsindən onu da bildirdilər ki, hadisə baş verəndən sonra sürücünü tapmaq mümkün olmayıb. Lakin oktyabrın 29-da səhər saatlarında 24 yaşlı sürücü özü idarəyə gələrək ifadə verib.

Faktla bağlı araşdırma davam etdirilir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar