9 ay ərzində dəmir yolu, hava və su nəqliyyatında 360 cinayət hadisəsi qeydə alınıb
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin APA-ya verdiyi məlumata görə, 9 ay ərzində nəqliyyatda polis orqanları tərəfindən dəmir yolu, hava və su nəqliyyatında ümumilikdə 360 cinayət hadisəsi qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 41 fakt və ya 10,6 faiz azalıb. Cinayətlərin strukturunda ağır cinayətlərin sayı 15 fakt və ya 41,7 faiz azalaraq 21 fakt təşkil edib. Onlardan 18-i və ya 83,7 faizi iri miqyasda narko-cinayətlərin daha çox aşkar edilməsindən irəli gəlib. Yük oğurluğuna qarşı aparılan mübarizənin səmərəli təşkili nəticəsində digər MDB ölkələrinin dəmir yol nəqliyyatına hələ də xas olan belə halların qarşısı alınıb, son illər olduğu kimi, hesabat dövründə də yük qatarlarından oğurluq edilməsinə yol verilməyib. Şəxsiyyət əleyhinə olan cinayətlərin sayı 16 faiz, mülkiyyət əleyhinə cinayətlərin sayı 11,1 faiz və xuliqanlıqların sayı 2,1 dəfə azalıb. Qeydə alınmış cinayətlərin 97,8 faizinin açılması təmin olunub. Hesabat dövründə narkotiklərlə bağlı 110 cinayət faktı aşkar edilib ki, həmin cinayətlərin 48-i narkotiklərin satışı ilə əlaqədar olub və narko-cinayətlərin tərkibində satış faktlarının xüsusi çəkisi 43,6 faiz təşkil edib. Narkomanlığa görə məsuliyyətə cəlb olunanlardan ümumi çəkisi 22,7 kiloqrama yaxın narkotik vasitə götürülüb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müsadirə edilmiş narkotiklərin miqdarından 3 kiloqramdan çox olub.
«Xaş-xaş -2010» şərti adı altında keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində ümumi çəkisi 4 ton 562 kiloqram olan 23901 ədəd yabanı halda bitmiş çətənə kolu yığılaraq məhv edilib. Qanunsuz saxlanılan silah-sursatların yığılması sahəsində aparılan iş davam etdirilərək 1 avtomat silahı, 1 «Karabin», 14 ədəd əl qumbarası, 4 tapança, 1 ov tüfəngi, 4 ədəd qumbaraatan mərmisi, 627 ədəd müxtəlif çaplı patron və digər adda xeyli hərbi sursat aşkar edilərək götürülüb.
Hesabat dövründə respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması ilə əlaqədar müəyyən işlər görülüb, əməliyyat tədbirləri nəticəsində 80 ekoloji cinayət hadisəsi, həmçinin 66 inzibati xəta faktı aşkarlanıb. Bu da ötən ilki göstəricilərdən müvafiq olaraq 13 cinayət və 27 inzibati xəta faktı çox olub.

701